BMT nümayəndələri “Xankəndi” təyyarəsi ilə Şuşaya üz tutdular – FOTO

Siyasət

Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü münasibəti ilə BMT-nin nümayəndələri Şuşaya yollanıblar.

Bu barədə məlumatı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında paylaşıb.

“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, – Hikmət Hacıyev qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir