Vladanka Andreyeva: “BMT-nin təsisatları işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək edəcək”

Siyasət

“BMT-nin təsisatları işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi işlərində Azərbaycana kömək göstərəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

“1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv oldu və bu illər ərzində biz əməkdaşlığımızı gücləndirməyə çalışırıq. Biz Bakıda ilk dəfə ofisimizi açanda münaqişədən əziyyət çəkən qaçqınlara və məcburi köçkünlərə yardım etmişik. 2021-ci il martın 1-də BMT ilə Azərbaycan arasında növbəti beş il üçün əməkdaşlığın əsas istiqamətlərini əks etdirən saziş imzalanıb. Bunlar gender bərabərliyi, ətraf mühit, inklüzivlik və sair məsələlərlə bağlıdır”, – deyə o qeyd edib.

Vladanka Andreyeva, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və bu təşkilat çərçivəsində pandemiya ilə mübarizədə ölkəmizin səylərini yüksək qiymətləndirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir