İşğaldan azad edilən bölgələrdə ilk idman tədbiri gerçəkləşib – VİDEO

Siyasət

İşğaldan azad olunan torpaqlarda ilk idman tədbirini Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası təşkil edib.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, Tərtər rayonunun Suqovuşan qəsəbəsində Suqovuşan su anbarında avarçəkənlərin təlim-məşq toplanışı və çıxışları olub.

Suqovuşana səfəri zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təlim-məşqi izləyiblər.

Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının məlumat lövhələri ilə tanış olub. Yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan bazaların yaradılacağı məkanlar Prezidentə təqdim edilib. Qeyd olunub ki, yeni bazaların qurulmasında əsas məqsəd yeniyetmə və gənclər arasında bu idman növünə marağı artırmaq, kütləviliyi təmin etmək və inkişafına nail olmaqdır.

Daha sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva idmançıların avarçəkmənin akademik, kanoe və kayak növündə keçidini izləyib. Sonda Azərbaycan Respublikasının üçrəngi bayrağı özünəməxsus tərzdə ucaldılıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.