Politoloq: “Azərbaycan ABŞ üçün vacib regional tərəfdaşdır”

Siyasət

“ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik etməsi ölkələr arasında yüksək səviyyəli əməkdaşlığa verilən qiymətdir və rəsmi Bakının regional siyasətdə oynadığı rolu bir daha önə çıxarır”.

Bunu “Report”a politoloq İlqar Vəlizadə bildirib.

O deyib ki, bu, həmçinin rəsmi Vaşinqtonun Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması kontekstində regional barışa töhfə vermək niyyətini əks etdirir: 

“Tam əminliklə deyə bilərik ki, dünya liderləri müharibədən sonra formalaşmış reallığı qəbul edir və regionda sülhün bərqərar olması üzrə uzunmüddətli planların reallaşdırılmasına öz dəstəklərini ifadə edirlər”.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq bir sıra müxtəlif aspektlər üzrə inkişaf edir: 

“Bura enerji, həmçinin regional təhlükəsizlik sahəsində dialoq daxildir. Bütün bu istiqamətlər üzrə uğurlu dialoqun qurulması üçün regionda sülh, sabitlik və proqnozlaşdırma imkanı təmin edilməlidir. Bu baxımdan ABŞ uzunmüddətli münaqişəyə son qoyacaq sülh müqaviləsinin tezliklə imzalanması baxımından Azərbaycan və Ermənistana dəstək göstərməyə hazırdır”.

İ.Vəlizadə vurğulayıb ki, Azərbaycan ümumilikdə Qərb üçün regional tərəfdaş qismində əhəmiyyətli olduğu üçün ABŞ bu məsələdə maraqlıdır.

“Bundan başqa, hazırda regionumuzda çox vacib nəqliyyat və enerji layihələri həyata keçirilir. Bu layihələr hazırkı beynəlxalq turbulentlik şəraitində xüsusi aktuallıq qazanır”, – deyə politoloq xatırladıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir