Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq müdafiə strategiyasını təsdiqləyib.
Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç “Twiter” hesabında məlumat verib.
Onun sözlərinə görə, proqram “Strateji kompas” adlanır.
“Avropa İttifaqı yenicə Strateji kompasını təsdiqlədi, o, Aİ-nin NATO ilə birlikdə geosiyasi müdafiə və təhlükəsizlik sahəsində əsl oyunçuya çevrilməsi üçün lazımi alətlər toplusunu təmin edir”, – Rinkeviç yazıb.
O vurğulayıb ki, bu, yalnız yolun başlanğıcıdır və çox şey Aİ-nin Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı nə dərəcədə uğurla dəstəkləyəcəyindən asılı olacaq.
European Union just approved Strategic compass, it gives necessary toolbox for EU to become a real geopolitical defense and security player together with NATO. It’s only beginning of the journey. Much will depend on how successfully we support Ukraine against Russia’s aggression
— Edgars Rinkēvičs (@edgarsrinkevics) March 21, 2022
www.102info.az