ABŞ səfiri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışdı

Siyasət

ABŞ səfiri Örl Litzenberger Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışıb. 

Oxu.Az-ın məlumatına əsasən, səfir Örl Litzenberger Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı keçirilən tədbirdə bildirib ki, ABŞ normallaşma prosesini dəstəkləyir:

“Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın regional sabitlik, sülh və firavanlıq naminə sülh sazişinin əldə edilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyir. Biz bu prosesə kömək etməyə hazırıq”, – deyə o əlavə edib. 

Səfir qeyd edib ki, Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan böyük tərəfdarı yoxdur. Səfir ölkəsinin və Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və investisiyaları genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışdıqlarını əlavə edib:

“Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir”. 

Aqşin Kərimov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir