ABŞ Azərbaycanla Ermənistanın birbaşa danışıqlarına dəstək verməyə hazırdır

Siyasət

“ABŞ Azərbaycan və Ermənistanla birgə işləmək niyyətinə sadiqdir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer jurnalistlərə açıqlamasında deyib:

“ABŞ bu istiqamətdə hər iki dövlətin birbaşa danışıqlara qatılmaq üçün və münaqişədən sonra qalan müəyyən narazılıqların həlli üçün birgə işləməyə təkan verməyə hazırdır”, – deyə səfir əlavə edib.

O bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülhün təmininə gətirəcək istənilən addımları dəstəkləyəcək:

“Təki bu addımlar və bu kimi ünsiyyətlər məhsuldar olsun. Avropa İttifaqı bu kimi təşəbbüsü bu yaxınlarda reallaşdırdı. ABŞ Avropa İttifaqının təşəbbüsünü dəstəkləyir”. 

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.