Qarabağda qazandığımız Böyük Zəfər Prezident İlham Əliyevin şah əsəridir – FOTO

Siyasət Xüsusi Xəbər

“Əlbəttə, hər bir hərbi qələbənin arxasında ordunun Ali Baş Komandanı dayanır. Bu mənada, Prezident İlham Əliyevin 44 günlük zəfərdə müstəsna rolu var”.

Bunu “Report”a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Azərbaycanın zəfəri çox çətin geosiyasi şəraitdə təmin olunub: “Müasir dövrdə ölkələrin qarşılarında hegemon dövlətlər var. Belə bir şəraitdə müharibədə qalib gəlmək heç də asan deyil. Son 200 ildə ilk dəfə idi ki, müsəlman dövləti xristian ölkəsi üzərində qələbə qazandı. Beləliklə, bizim zəfərimiz tarixi səciyyə daşıyır. Məhz həmin qalibiyyət nəticəsində regional geosiyasi reallıqlar dəyişdi”.

Z.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Şərqi Zəngəzur və Qarabağın azad edilməsi üçün addım-addım irəliləyirdi: “Dövlət başçısının 2003-cü ildə hakimiyyətə gələrkən dediyi sözlər, verdiyi vədlər, müxtəlif çıxışları zamanı səsləndirdiyi fikirlər özünü doğrultdu. Cənab Prezident hələ 10 illər əvvəl Ermənistan üzərində qələbə qazanmaq, torpaqlarımızın işğaldan azad olunması istiqamətində planlar qurur, düzgün strategiya müəyyənləşdirirdi. Ölkədə aparılan sosial-iqtisadi islahatlar, dövlət idarəçiliyində şəffaflığın artırılması, xarici siyasətdə təhdidlərin dəf edilməsi, Azərbaycanın ikitərəfli beynəlxalq münasibətləri və sair məqamlar böyük bir planın tərkib hissəsi idi. Məhz həmin addımların nəticəsində biz tarixi qələbə qazandıq”.

Ekspert, həmçinin söyləyib ki, bu gün Azərbaycan coğrafi cəhətdən kiçik dövlət olmasına baxmayaraq, qlobal miqyasda önəmli aktorlardan biridir: “Bu gün biz Vətən müharibəsinin ikinci ildönümünü qalib xalq kimi qeyd etdiyimizə görə şadıq. Azərbaycan xalqı torpaqlarının 30 illik işğalına son qoyulduğuna görə xoşbəxtdir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir