Sabah Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Siyasət

Sabah Qazaxıstanın Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli xarici işlər və nəqliyyat nazirlərinin ikinci toplantısı keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən görüşdə Gürcüstanın da iştirak edəcəyi gözlənilir.

Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

İclasda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan torpaqlarından keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin imzalanması planlaşdırılır.

www.demir-yumruq.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir