Ceyhun Bayramov: “Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir”

Siyasət

“Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atır. Bu xüsusda, Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər”, – nazir qeyd edib.

www.demir-yumruq.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir