Azərbaycanda 11-dən çox şəhərin işıqlandırılması ağıllı həllər vasitəsilə həyata keçirilir

Siyasət

Azərbaycanda 11-dən çox şəhərin işıqlandırılması ağıllı həllər vasitəsilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşündə bildirilib.

“Signify” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərinin ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirildiyini xüsusi qeyd edib, bunun Azərbaycanın son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımlarından biri olduğunu bildirib. Diqqətə çatdırılıb ki, bu yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir