“Azərbaycan və Misir beynəlxalq təşkilatlarda bir-birini bundan sonra da dəstəkləyəcəklər”

Siyasət

“Azərbaycan və Misir bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcək, bir-birini bundan sonra da dəstəkləyəcəklər”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah Əs-Sisi ilə mətbuata birgə bəyanatında bildirib.

Dövlətimizin başçısı deyib ki, ölkələrimiz bu günə qədər iştirak etdikləri beynəlxalq təşkilatlarda – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstəriblər.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir