Politoloq: “Səfirliyimizə hansısa təhlükə yaranırsa, İranla münasibətləri qırmaq məcburiyyətindəyik” – FOTO

Siyasət

“Azərbaycan-İran münasibətlərinə səfirliyimizə qarşı olan terror hadisəsi çox mənfi təsir edəcək. Düşünürəm ki, bu, müvəqqəti xarakter daşımayacaq”.

Bunu Oxu.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib. O, Azərbaycanın tam şəkildə beynəlxalq hüquq normalarına və diplomatik əlaqələr haqqında Vyana konvensiyasına uyğun hərəkət etdiyini vurğulayıb:

“Əgər İranda bizim səfirliyimizə hansısa bir təhlükə yaranırsa, bizim işçilərimiz yaralanır, öldürülürsə və ölkənin hakimiyyəti, hüquq-mühafizə orqanları bizi müdafiə edə bilmirsə, biz münasibətləri qırmaq məcburiyyətindəyik. Ona görə də səfirliyimizin oradakı fəaliyyətini dayandırmışıq. Düşünürəm ki, münasibətlər, onsuz da, gərgin idi, indi daha da gərginləşəcək”.

Ekspert hesab edir ki, bu vəziyyətdən çıxmağımız üçün İran tərəfi bir sıra addımlar atmalıdır:

“Əvvəla, istintaq obyektiv getməlidir, iştirak edən şəxslər cəzalarını almalıdırlar, digər tərəfdən, bunların arxasında kimin dayandığı, hansı dairələrin hansı məqsədləri güddüyü açıqlanmalıdır. İran tərəfi bizə bunu aydın şəkildə təqdim etməlidir. Ondan sonra bu istiqamətdə hansı addımları atacağımızı zaman göstərəcək. Çünki biz ancaq onların siyasi addımlarının nəticəsinə görə öz addımlarımızı ata bilərik”.

Sayad Həsənli

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir