BMT, Dünya Bankı və Avropa İttifaqı ekspertləri Qarabağda dağıdılmış abidələrlə tanış olublar – FOTO

Siyasət

“BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov özünün tviter hesabında yazıb.

“Səfər zamanı ekspertlərə şəhərlərin dağıdılmış tarixi abidələri göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib”, – Prezidentin xüsusi nümayəndəsi əlavə edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir