Baş nazir İranla imzalanan memorandumdan DANIŞDI

Siyasət

“Yeni kommunikasiya bağlantıları bölgənin inkişafına mühüm töhfə verəcək”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Azərbaycanla İran arasında imzalanan memorandumdan danışarkən deyib.

O bildirib ki, həmin sənəd mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, martın 11-də Azərbaycan və İran hökumətləri, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalayıb.

Memorandumun məqsədi Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədindən 5 km məsafədə keçəcək.

Aqşin Kərimov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir