Tarixi torpaqlara qayıdan idmanımız – FOTOREPORTAJ

Siyasət

Prezident İlham Əliyevin Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsində açılışını reallaşdırdığı yerlərdən olan ilk avarçəkmə təlim-məşq toplantısı və burada olan göl turizmin inkişafı üçün əlverişli məkan hesab edilir.

Su anbarı dağ ətəyində yerləşsə də, su hövzəsinin donmaması, su idman növünün inkişafı üçün əlverişli məkan hesab edilir. Ölkə başçısı Suqovuşana səfəri zamanı gölün ətrafında turizm inkişafı üçün nəzərdə tutulan məkanların təməlini qoydu. Suqovuşanda avarçəkmə idman növü ilə məşğul olmaq üçün əsaslı şərait yaradılıb.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

“Report”un Qarabağ mərkəzi yeni açılışı olan bu idman obyektindən fotoreportajı təqdim edir:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir