Xaçmaz rayonunda vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir.

AKTUAL Bölgə Cəmiyyət Gündəm Region Siyasət


Növbəti belə səyyar qəbul Aşağı Zeyid inzibati ərazi dairəsinə daxil olan Alıcqışlaq kəndində keçirilib. Qəbulda Alıcqışlaq kəndi ilə yanaşı Aşağı Zeyid, Qaracik, Qaracik Zeyid, Qaraçay Cek,Şıxhaput və Çılğır kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə 31 mart soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat nümayədələrinin qatıldığı səyyar qəbulda sakinlərin müraciəti fərdi qaydada dinlənilib.
Sakinlər kəndləri magistralla birləşdirən yolun təmirini, elektrik təsərrüfatının yenilənməsini, suvarma kanalların təmizlənməsini, yeni məktəb binasının tikintisini, rabitə və internet kimi məsələləri gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir