Ərdoğan: “İşğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bölgədə sülh üçün fürsət yaranıb”

Siyasət

“İşğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bölgədə sülh üçün fürsət yarandı. Bu fürsətin əldən verilməməsi üçün qonşumuz Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdiririk”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin rəhbərlərilə iftar mərasimi zamanı bildirib.

O, çıxışında Ukraynada davam edən hərbi əməliyyatlara da toxunub.

“Mən həm Zelenski, həm də Putinlə müntəzəm əlaqə saxlayıram. Hər iki tərəf İstanbulda danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını bəyan edirlər. Hər dəfə onlarla söhbətimdə Türkiyədə görüşmək təklifimi təkrar edirəm… Mən səmimi qəlbdən inanıram ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması əsasında sülh yolu tapılacaq”, – deyə dövlət başçısı bəyan edib.

Ərdoğanın fikrincə, Ukrayna kontekstində baş verən son hadisələr həm NATO alyansının, həm də Türkiyənin alyansdakı əhəmiyyətini açıq şəkildə nümayiş etdirib.

“Aİ Türkiyənin strateji hədəfi olaraq qalır. Ukraynadakı müharibənin təsirləri Türkiyənin bir çox sahədə Aİ üçün nə qədər strateji mövqedə olduğunu göstərdi. Biz tam üzvlük perspektivimiz əsasında konkret addımların atılmasını istəyirik”, – prezident əlavə edib.

Mənbə: “Haber Global”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir