QH Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb – FOTO

Siyasət

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

“Report” xəbər verir ki, əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıb.

Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir