Cahid Bağçıdan Polad Həşimovla bağlı paylaşım – FOTO

Siyasət

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimovun xatirəsini yad edib.

Bu barədə o, “Twitter” hesabında paylaşıb:

“Şəhidliyi ilə Qarabağ Zəfərinin ocağını alovlandıran qəhrəman komandir, general Polad Həşimovu şəhidliyinin 2-ci ilində rəhmətlə yad edirik. Səmayə anaya, qardaşına, bacısına, yoldaşına, övladlarına, silahdaşlarına, qəhrəman Azərbaycan ordusuna və xalqına başsağlığı veririk”.

 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir