Komitə sədri onkoloji xəstəliklərin müalicəsi ilə bağlı məsələ qaldırdı

Siyasət

“Koronavirus pandemiyası ilə bağlı Azərbaycandakı vəziyyət indi ürəkaçan olsa da, arxayın olmamalıyıq”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, Milli Məclisdə pandemiya ilə əlaqədar dinləmə keçirilməsinə ehtiyac var.

“Arxayın olmamalı, ehtiyatı əldən verməməliyik. Xəstəliyin necə olacağı hələ də bəlli deyil”, – deyə o əlavə edib.

Əhliman Əmiraslanov ölkədə icbari tibbi sığortanın əhatə dairəsi ilə bağlı problemlər olduğunu da vurğulayıb. 

“Təəssüf edirik ki, hələ də onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta sisteminə daxil edilməyib. Onkoloji xəstəliklərin müalicəsi, müasir preparatlar çox bahalıdır. Düşünürük ki, onkoloji xəstəliklərin müalicəsini də icbari tibbi sığorta sistemi hesabına etmək olar”, – deyə Əhliman Əmiraslanov bildirib. 

Aqşin Kərimov

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir