Sadır Japarov: “Dövlətlərarası Şuranın ilk iclası ikitərəfli münasibətlərə yeni təkan verəcək”

Siyasət

“Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi iki ölkə arasında siyasi, ticarət-investisiya, mədəni-humanitar sahələrdə əməkdaşlığın fəal inkişafının bariz göstəricisi olacaq”.

Bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında Birinci Dövlətlərarası Şuranın iclası zamanı bildirib.

Qırğız Respublikasının Prezidenti bu gün ölkələr arasında ikitərəfli əməkdaşlığın “strateji tərəfdaşlıq” səviyyəsinə çatdığını vurğulayıb və bundan məmnunluq hissi duyduğunu ifadə edib.

Prezident Sadır Japarov Prezident İlham Əliyevin səfərinin və Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə əminliyini ifadə edib.

Sadır Japarov Azərbaycana səfəri zamanı aprel ayında imzalanmış bir sıra razılaşmaların Birgə Hökumətlərarası Komissiya vasitəsilə həyata keçirildiyini qeyd edib. O, İşgüzar Şuranın yaradıldığını, Heydər Əliyev adına məktəbin, eyni zamanda “Qırğızıstan və Azərbaycanın Dostluq Parkı”nın birgə açılışının baş tutacağını vurğulayıb.

Prezident Sadır Japarov Qırğızıstanın qardaş Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq niyyətində olduğunu və strateji sektorlarda ciddi əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Mənbə: President.kg

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir