Qarabağda separatçılar tərksilah edilir: Xocavənddə hərbi hospital bağlandı

Siyasət

Qarabağdakı separatçıların tədricən tərksilah edilməsi prosesinə başlanılıb. 

Bu cür iddialar Ermənistan mətbuatında yayılıb.

Qeyd olunur ki, son olaraq sözügedən prosesin davamı kimi Xocavənddə yerləşən hərbi hospital bağlanıb, orada çalışanlara isə bununla bağlı heç bir açıqlama verilməyib.

Separatçıların qondarma deputatlarından biri olan Metakse Akopyanın sözlərinə görə, buna qədər “ordu”nun zabit heyətində ixtisarlar olub, bundan sonra daha aşağı ştatlarda da ixtisarlar həyata keçirilib:

“Xankəndi hospitalında da vəziyyət eynidir. Bəzi proseslər gedir və tamamilə aydındır ki, proses tərksilah edilməyə doğru gedir”.

Mənbə: NEWS.am

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir