Prezident YAP-ın 30 illiyi münasibətilə bir qrup şəxsi təltif edib – SİYAHI

Siyasət

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilirlər. 

Prezident.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

Əliyev Pənah Əli oğlu

İbrahimov Eldar Rza oğlu

Quliyev İsgəndər Həsən oğlu

Məmmədhəsənov Rafiq Musa oğlu

Nəsirov Məmməd Yahya oğlu”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir