Ravvin Zamir İsayevin “Yated Neeman” qəzetində geniş müsahibəsi dərc olunub – FOTO

Siyasət

Azərbaycan Gürcü – Sefarad yəhudiləri dini icmasının sədri Ravvin Zamir İsayevin İsrailin ən nüfuzlu qəzetlərindən biri olan “Yated Neeman” (100,000 lik tiraj) qəzetində geniş müsahibəsi dərc olunub.

Oxu.Az xəbər verir ki, müsahibədə Azərbaycanın İsraildə açılacaq səfirliyinin iki xalq və dövlətlər arasındakı dostluq, qardaşlıq və əməkdaşlığa verəcək töhfələri haqqında, həmçinin Azərbaycanın multikultural dəyərləri haqqında geniş məlumat verilib:

“Azərbaycanın İsraildə səfirlik açmağı haqqında xəbər bizi çox sevindirir, bütün bu illər ərzində ölkələr arasında münasibətlər hər zaman çox yüksək səviyyədə olub və məncə bu hadisə tək Azərbaycan yəhudi icması üçün deyil bütün Azərbaycan vətəndaşları üçün sevindirici haldır.

 Azərbaycan səfirinin İsraildə yaşaması və orada baş verənləri yaxından anlamasının böyük üstünlüyü var.

 O, ehtiyacları anlamaq və münasibətləri daha da inkişaf etdirmək üçün İsraildə müxtəlif rəsmilərlə gündəlik görüşə biləcək.

Bundan əlavə, heç bir şübhə yoxdur ki, bu, turizmə də çox böyük töhfə verəcək. Azərbaycandakı yəhudi icması olaraq bizim üçün bu çox vacibdir, əminik ki, yaradılacaq səfirlik iki ölkə arasında münasibətləri daha da gücləndirəcək, daha yüksək səviyyəyə çatdıracaq. 

Ümumiyyətlə, Azərbaycan yəhudilərə və yəhudiliyin qorunub saxlanmasına hər zaman dəstək olub, və buna görə də, Sovet İttifaqının əksər ölkələrindən fərqli olaraq, burada yəhudilik kommunist rejiminin ən ağır günlərində belə tam unudulmayıb.

Bütün dinlər və xalqlar üçün bu tolerantlıq illər boyu qorunub saxlanılıb. Mən burada kipa, (yəhudi milli baş örtüyü) ilə küçədə problemsiz gəzə bilirəm.

Azərbaycan müxtəlif dinlərin qorunub saxlanması sahəsində bütün dünyaya örnəkdir”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir