Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə etdi – FOTO

Siyasət

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Bu barədə o, “Twitter” hesabında məlumat verib.

“Bəhreyn Krallığında dekabrın 5-dən 7-dək Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 87-ci sessiyasında iştirak etdik. Dünya gömrük işi müstəvisində aparılan müzakirələrdə münasibətimizi bildirdik, təkliflərimizi səsləndirdik, ikitərəfli görüşlərdə əməkdaşlığın perspektivlərini müzakirə etdik”, – o əlavə edib.

 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir