Siyasətdən kosmosa: ABŞ vitse-prezidenti tətilini “uçan boşqab”ların öyrənilməsinə həsr edəcək

Maraqlı


ABŞ vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) mövzusuna xüsusi marağını etiraf edib.

Oxu.Az xəbər verir ki, vitse-prezident bu barədə “Ruthless Podcast” verilişində qonaq olarkən danışıb.

Onun sözlərinə görə, Ağ Evdə fəaliyyətinin ilk altı ayı ərzində iş qrafikinin sıxlığı səbəbindən bu sahəni araşdırmağa imkan tapmayıb. Lakin avqustda UNO fenomenini daha dərindən öyrənməyi planlaşdırır.

“Mən UNO ilə bağlı bütün mövzularla dərindən maraqlanıram… Avqustda parlament tətili zamanı keçən ildən bəri diqqətimi çəkən bu UNO məsələsinə daha çox vaxt ayırmağı düşünürəm”, – deyə Cey Di Vens bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir