Slovakiyalı gimnast: “Gəncədəki Avropa çempionatı yüksək səviyyədə təşkil olunub”

Baş səhifə
Slovakiyalı gimnast: Gəncədəki Avropa çempionatı yüksək səviyyədə təşkil olunub

Gəncədə aerobika gimnastikası üzrə böyüklər arasında Avropa çempionatı yüksək səviyyədə təşkil olunub.

“Report”un Qərb bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında slovakiyalı gimnast Alena Unova deyib.

O, yarışdakı çıxışından danışıb:

“İlk dəfədir ki, bu şəhərin qonağıyam. Təssuratlarım çox yaxşıdır. Yarışda göstərdiyim performans məni qane etdi. Doğrudur, daha yaxşı çıxış edə bilərdim. Lakin bu turnirdir, hər cürə nəticəyə ümid etmək olar”.

Qeyd edək ki, qitə birinciliyinə 18 ölkədən 151 idmançı qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir