Slovakiya əsas qanuna edilən dəyişikliklər səbəbindən Avropa Komissiyası (AK) tərəfindən respublikaya qarşı araşdırma başlamasına baxmayaraq, Konstitusiyasını dəyişməyəcək.
“Report”un məlumatına görə, bunu jurnalistlərə Slovakiyanın Baş naziri Robert Fitso deyib.
“Slovakiya əsas qanuna edilən son dəyişikliklərə görə AK-nın respublikaya qarşı başladığı araşdırmaya cavab olaraq konstitusiyasını dəyişməyəcək”, – Baş nazir deyib.
O, Bratislavanın mövcud vəziyyəti Avropa İttifaqının idarəetmə orqanlarına izah etməyə hazır olduğunu və mövcud ümumavropa normalarını pozmaq niyyətində olmadığını vurğulayıb.
Slovakiya mətbuatı daha əvvəl AK-nın respublikaya qarşı hüquqi prosedura başladığını bildirib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
