Son dörd ildə müavinət və təqaüdlər nə qədər artıb?

Cəmiyyət

“Son dörd ildə minimum əməkhaqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə artırılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu olunmuş “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. 

O bildirib ki, son dörd ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfədən çox artım baş verib. 

Nazir müavini əlavə edib ki, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin böyük bir hissəsini əhatə edən üç sosial islahat paket icra olunub:

“2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondunda iki dəfədən çox artım baş verib”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir