Sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı Naxçıvanın yeni iqtisadi modelini formalaşdırır – Ceyhun Cəlilov

Baş səhifə

Bakı. Trend:

“2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki,
Naxçıvanın son illərdə əldə etdiyi mühüm nailiyyətlərin əsasında
Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər
üçün Dövlət Proqramı” dayanır.

Trend xəbər verir ki, sənədin
Naxçıvanın innovasiyaya əsaslanan, rəqabətqabiliyyətli və müasir
infrastruktur üzərində qurulan iqtisadi modelə keçidini təmin
etdiyini vurğulayan səlahiyyətli nümayəndə sənaye parkları,
logistika imkanları, gömrük-vergi mexanizmləri və bərpa olunan
enerji layihələrinin prioritet istiqamətlər olduğunu qeyd edib.

O bildirib ki, 2025-ci ilin yanvar–oktyabr ayları üzrə iqtisadi
göstəricilər regionda inkişaf tempinin sürətləndiyini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir