Meqan Foksun nişanlısı Piter Pen sindromundan əziyyət çəkdiyini etiraf etdi

Şou-biznes

Aktrisa Meqan Foksun nişanlısı, reper Kolson Beyker (Machine Gun Kelly – MGK) Piter Pen sindromundan əziyyət çəkdiyini bildirib.

O, bunu “Hollywood Reporter’s Awards Chatter” podkastına etiraf edib. Verilişin qonağı olan reper həmçinin “Buğa” filmində çəkilməsindən danışıb. O, qeyd edib ki, onun özü də filmdəki obrazına oxşayır.

Qeyd edək ki, Meqan Foks və Kolson Beyker 2020-ci ilin iyununda münasibətlərini açıqlayıb və 2022-ci ilin yanvarında nişanlandıqlarını elan ediblər. Əgər bu evlilik baş tutarsa, aktrisa üçün ikinci olacaq. Belə ki, 2010-cu ildə o, Brayan Ostin Qrinlə ailə qurub və 2022-ci ilin fevralında cütlük rəsmi olaraq boşanıb.

Mənbə: gazeta.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir