Elton Con virtual konsert verəcək

Şou-biznes

Britaniyalı müğənni Elton Con “Roblox” oyununda öz virtual dünyasını yaradıb

Sənətçi “Beyond the Yellow Brick Road” adlı rəqəmsal dünyasını təqdim edib. Buraya Elton Conun hitlərinə əsaslanan interaktiv tapşırıqlar və viktorina daxildir. Oyunda həmçinin müğənninin obrazlarından ilhamlanan geyimlər kolleksiyası da var. Fanatlar öz avatarlarında həmin geyimləri və Elton Conun qarderobundan fərdi əşyaları sınaya biləcəklər.

Virtual aləmdə həmçinin sənətçinin sevimli bəstələrindən ibarət 10 dəqiqəlik konserti də keçiriləcək. Tamaşa noyabrın 17-də baş tutacaq və noyabrın 20-dək hər saatdan bir təkrarlanacaq.

Mənbə: gazeta.ru

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir