Strateji Tərəfdaşlıq haqqında Xartiya əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafına hədəflənib

Siyasət

yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq.

O da qeyd edildi ki, müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açılır və bu, həmçinin perspektivlidir. Süni intellekt mərkəzlərinin yaradılması ikitərəfli gündəliyin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələr var. Dövlətimizin başçısı vurğuladı ki, Vitse-prezident Vensin səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir”.Millət vəkili bildirib ki, ABŞ-ın Vitse-prezidentinin səfəri ərəfəsində bu ölkənin müxtəlif sahələri əhatə edən aparıcı şirkətlərinin nümayəndələrinin təmsil olunduğu heyətin ölkəmizdə səfərdə olması rəsmi Vaşinqtonun Azərbaycan ilə əməkdaşlığa necə böyük önəm verdiyini bir daha təsdiqləyir: “Cənab İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Həmin görüşdə dövlətimizin başçısı bildirdi ki, hazırda ikitərəfli əlaqələrimiz çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyur, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində nümayəndə heyətinin gəlişi olduqca əhəmiyyətlidir.

Çünki təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib. Bu əminlik də ifadə olundu ki, səfərin nəticəsində müxtəlif istiqamətlərdə daha fəal təmasların şahidi olacağıq”.Malik Həsənov qeyd edib ki, uzun illər ərzində müxtəlif mərhələlərdən keçən, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunan Azərbaycan-ABŞ münasibətləri bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməklə əlaqələrimizin gələcəyinin yol xəritəsini təqdim edir. Strateji Tərəfdaşlıq haqqında Xartiya əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafına hədəflənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir