Sudanda sərnişin avtobusu yük maşınına çırpıldı: Onlarla ölü və yaralı var

Dünya

Sudanın Omdurman şəhərində sərnişin avtobusunun dayanmış yük maşınına çırpılması nəticəsində azı 16 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Hadisə yerinə gələn xilasedicilər yaralıları xəstəxanaya çatdırıblar. Sərnişin avtobusu Şimali Darfur əyalətindən paytaxt Xartuma gedirmiş.

Qəzanın səbəbi ilə bağlı hansısa açıqlama verilməyib.

Mənbə: İHA