“Açığı bu gün sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə inventarlaşma aparmamışıq”.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev məlumat verib.
O bildirib ki, bununla bağlı hər hansı dəqiq rəqəm deyə bilməz:
“Hələ ki, biz orada heç bir texniki iş görmürük. O ərazidə yerləşən abonentlər də “Azəriqaz” İB-nin abonentləri deyil. Amma o ərazidə dəfələrlə olmuşuq. Sizə deyim ki, bu gün orada erməni mətbuatının dediyinin ondabiri qədər əhali yaşamır”.
Könül Cəfərli
www.102info.az
