2021-ci il sentyabrın 29-da Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 60-70 yaşlarında naməlum kişi meyiti aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun xarakterik əlamətləri belədir: Boyu 163 santimetr, arıq bədən quruluşludur.
Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 392-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
www.102info.az
