Sümük İliyi Transplantasiyası Mərkəzində il ərzində 150-yə yaxın əməliyyat nəzərdə tutulub

Baş səhifə
Sümük İliyi Transplantasiyası Mərkəzində il ərzində 150-yə yaxın əməliyyat nəzərdə tutulub

Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzində ilkin mərhələdə il ərzində 150-yə yaxın ilik transplantasiyası nəzərdə tutulub.

“Report” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.

Onun sözlərinə görə, bu sayın növbəti illərdə artırılması nəzərdə tutulub:

“İlkin mərhələdə minimum 150 ilik transplantasiyası əməliyyatı nəzərdə tutulub. Öncəlik isə uşaqlara veriləcək. Çünki ölkədə ilik transplantasiyasına ehtiyacı olan çox uşaq var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir