Bu ilin sentyabr ayında inşasına başlanılan Suqovuşan qəsəbəsindəki ilk yaşayış binasının bünövrə hissəsində dəmir-beton işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, kompleks beşmərtəbəli beş binadan ibarət olacaq.
Yaşayış binaları iki girişli olmaqla müasir görünüşə uyğun lahiyələndirilib.
Sözügedən kompleksdə 190 ailənin məskunlaşması təmin ediləcək.
