
Bakı. Trend:
Suriyanın Əs-Süveydə vilayətinin cənubundakı silahlı
qruplaşmalar ardıcıl üçüncü gün atəşkəsi pozub, təhlükəsizlik
qüvvələri hücumları dəf edib.
Trend-in
məlumatına görə, bu barədə vilayətin daxili təhlükəsizlik
qüvvələrinin komandanlığı “Əl-İxbariyyə” telekanalına məlumat
verib.
<!—->
<!––>
“Əs-Süveydədəki üsyançı qruplar ardıcıl üçüncü gündür atəşkəsi
pozaraq vilayətdə atəş açıblar və nəticədə təhlükəsizlik qüvvələri
xəsarət alıblar”, – deyə bildirilib.
Suriya təhlükəsizlik qüvvələri qruplaşma üzvlərinin müxtəlif
istiqamətlərdən irəliləmək cəhdlərinin qarşısını alıblar.
