Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığın yeni tarixi mərhələsidir.

Cəmiyyət

 

Azərbaycanla- Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Tarixən dostluq, qardaşlıq münasibətləri ilə dünya ölkələri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu gün öz ən-ənəsinə sadiq qalır. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir.Azərbaycan Türkiyə arasında olan dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri əsrlər boyu Azərbaycan və türk xalqlarını həmişə bir-birinə dəstək olmuağa və sıx əməkdaşlıq etməklə əsaslanıb.

2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığın yeni tarixi mərhələsidir. Şuşa Bəyannaməsinin ən mühüm tərəflərindən biri onun 100 il əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad etməsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi.Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, Bundan başqa, bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır.Azərbaycan və Türkiyə arasında nəzərdə tutulan hərbi,iqtisadi əməkdaşlıq,iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəddüslər hər iki ölkənin beynəlxalq nüfuzunu artacağına hesablanmış bir müqavilədir.

Möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz ötən dövrdə böyük inkişaf yolu keçərək xüsusilə də son illər ərzində dövlət başçılarımızın qətiyyətli səyləri ilə dayanıqlı strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı bütün dünya buna bir daha əmin oldu. Zəfər yürüşünün ilk günlərindən Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş Türkiyə tərəfinə minnətdarlıq bildirilib, Azərbaycanın da öz növbəsində bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu vurğulanıb.  Şuşa Bəyannaməsində öz əksini tapmış müddəalar regionda əmin-amanlığın bərpası, təhlükəsizliyin təmin edilməsi, iqtisadi əlaqələrin genişlənməsi sahəsində müstəsna rol oynayacaq.

Mazanov Mahiyəddin,

Yeni Azərbaycan Partiyasını Goranboy rayon təşkilatının əməkdaşı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir