Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilir-FOTO

Təhsil

Bu gün Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilir. Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə yarımfinal turu 2 mərkəzdə -Şirvan şəhər 16 nömrəli və Salyan şəhər 2 nömrəli tam orta məktəbdə təşkil edilmişdir. Bu mərhələdə regionumuzu 732 nəfər şagird təmsil edir. Onlar Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə öz istedadlarını nümayiş etdirəcəklər.

Bütün şagirdlərimizə uğurlar arzu edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir