Neftçala rayonunda Aprel döyüşlərinin 6-cı il dönümü münasibəti ilə şəhidlərin xatirəsi anılıb

Tədbirlər

Neftçala rayonunda Aprel döyüşlərinin 6-cı il dönümü münasibəti ilə şəhidlərin xatirəsi anılıb

YAP Neftçala rayon təşkilatı, Neftçala Gənclərin İnkişaf və Karyera Mərkəzi, Neftçala rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gənclər Aprel döyüşlərində şəhadətə yüksəlmiş, Milli Qəhrəman şəhid İmanov Samid Gülağa oğlunun və şəhid gizir Səfərov Elimdar Səlimxan oğlunun məzarlarını və şəhidlərin abidə kompelksini ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirələrini böyük ehtiramla yad ediblər.
Daha sonra şəhidlərin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib, şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhid ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
#ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir