Ömrünün 44 İlini şagirdlərinə həsr edən İbadət Cəfərovun 65 İllik yubleyi qeyd olundu-FOTO

Təhsil

Tədbir Ərəbqardaşbəyli kənd tam orta məktəbinin direktorunun anadan olmasının 65 illiyinə və pedaqoji fəaliyyətinin 44 illiyinə həsr edilmişdir.Yubiley tədbirinə rayonun “Qələbə”qəzetinin redaktoru Rüstəm müəllim,Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel müəllim,YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov,Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Əzizağa müəllim,Respublika Həmkarlar Təşkilatının Salyan Təhsil Təşkilatının sədri Yaqut müəllim,rayonun qabaqcıl təhsil işçisi Rəna müəllim ,Kürqaraqaşlı Ərazi nümayəndəsi Ceyhun müəllim,Rayon Ziyalılar Birliyinin sədri Allahverdi müəllim,Salyan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş Xudaverdi müəllim və digər rəsmi nümayəndələr iştirak etmişdir.Tədbirdə məktəbin pedaqoji kollekti şagirdlərlə birlikdə iştirak etmişdirlər

Cəfərov İbadət Ərəstun oğlu ,6 iyun 1957-ci ildə anadan olub.1964 -cü ildə Ərəbqardaşbəyli kənd məktəbinin birinci sinfinə qəbul olub.O vaxt məktəb 8 illik olub,1972-ci ildə məktəbi fərqlənmə ilə bitirib.Elə həmin ildən də təhsilini Salyan şəhər 7 saylı tam orta məktəbdə davam etdirib.1974-cu ildə 10-cu sinifdə oxuyan vaxt rayonda fizika,kimya və riyaziyyat fənlərindən birinci yeri tutub.

3 fənn üzrə respublika birinciliyinə düşüb.Amma seçimi fizika fənni üzrə olub.Fizika fənni üzrə respublika birincisi olub və ölkəmizi ümumittifaq olimpiadada təmsil edib.Qorki şəhərində keçirilən olimpiadada qalib medalı ilə təltif olunub.Həmin ildə də məktəbi bitirib ali məktəbin fizika fakültəsinə daxil olub.1978-ci ildə isə ali məktəbi bitirib Salyan şəhər 7 saylı tam orta məktəbinə fizika müəllimi təyin olunub. Həmin ilin noyabr ayında Sibirdə hərbi xidmətdə olub.1980-ci ildə hərbi xidməti başa vurub və Kürqaraqaşlı tam orta məktəbinə müəllim təyin olunub.

1985-ci ildə Ərəbqardaşbəyli məktəbinə direktor müavini vəzifəsinə təyin olunub.1992-1995 -ci illərdə Salyan İcra Hakimiyyətinə müavin vəzifəsinə təyin olunub.Rayon Ziyalılar Birliyinə rəhbərlik edib.Birinci Qarabağ müharibəsində Çuxanlıda xidmətdən artıq qulluq edən 7 rayon hərbi çağırışçılarına rəhbərlik edib.Həmin vaxtlar 11 rayona yardım məsələsi İbadət müəllimə həvalə olunub.1996 -cı ildə Ərəbqardaşbəyli kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunub və o vaxtdan bu günə kimi də direktorluq fəaliyyətini davam etdirir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir