TTKF-nin təbliğat-təşviqat kompaniyası çərçivəsində regional görüşləri davam edir, növbəti görüş Salyan rayonunda keçirilmişdir.

Təhsil
Təhsil Tələbə Krediti Fondunun təbliğat-təşviqat kompaniyası çərçivəsində regional görüşləri davam edir, növbəti görüş 20.09.2022-ci tarixində Salyan rayonunda keçirilmişdir.
TTKF-nin sədr müavini Bəhruz Əzimov və Fondun məsul əməkdaşları Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak ediblər. İlk öncə ümumilli lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Sədr müavini tədbir iştirakçılarına Fondun tələbələr və tələbə olmaq istəyənlər üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb və təklifləri dinlənilib.
Tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan RTİ-nin müdiri Sənan Mənsimli və İdarənin məsul işçiləri, Şirvan-Salyan RTİ-yə tabeliyində olan şəhər və rayonlar üzrə təhsil idarələrinin rəhbərləri və ümumtəhsil məktəblərinin buraxılış siniflərinin şagirdləri iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir