Salyan rayon H.Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbinin İnformatika müəllimi Zeynəb Məmmədlinin müəllifi olduğu layihədə əsas məqsəd kənd məktəbi şagirdlərində robototexnika və mühəndislik sahələrinə aid bilik və bacarıqlar formalaşdırmaqdan ibarət olub. Layihədə “Pilotsuz uçuş aparatları”, “3 D çap” və “Micro:bit ilə proqramlaşdırma” modulları üzrə 33 şagird və 4 müəllim iştirak edib, layihə müddətində 28 saatlıq təlimlər təşkil olunub.
Layihə çərçivəsində məktəbə 1 ədəd 3D Printer, 3 ədəd Micro:Bit kiti və 2 ədəd Dron verilib.




