Təyyarə qəzasının baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam etdirilir

Baş səhifə

Gürcüstanın Siqnaxi rayonunda Türkiyəyə məxsus təyyarə qəzasının baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

APA-nın Gürcüstan müxbiri hadisə yerindən xəbər verir ki, əraziyə Daxili İşlər Nazirliyinin müvafiq qurumları və texnikası cəlb olunub.

Ərazi əhatəyə alınıb və bir neçə nöqtədə polis postları yaradılıb.

Yerli və xarici media nümayəndələrinin hadisə yerinə yaxınlaşmasına icazə verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir