Tayani: İtaliya PURL proqramında iştirak etməyəcək

Baş səhifə
Tayani: İtaliya PURL proqramında iştirak etməyəcək

İtaliya Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL proqramında iştirakını dayandırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” ölkənin xarici işlər naziri Antonio Tayaniyə istinadla məlumat yayıb.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə sülh danışıqları davam etdiyi müddətdə İtaliyanın PURL-da iştirakının vaxtı çatmayıb.

“Əgər biz razılaşmaya nail olsaq və döyüşlər dayandırılsa, silaha artıq ehtiyac olmayacaq. Başqa şeylər lazım olacaq – məsələn, təhlükəsizlik zəmanətləri”, – deyə Tayani Brüsseldə jurnalistlərə bildirib.

PURL – ABŞ və NATO-nun müttəfiqlərə Ukrayna üçün Amerika silahlarının birgə maliyyələşdirilmiş şəkildə alınmasına imkan verən mexanizmdir. Təşəbbüsə artıq təxminən 20 ölkə qoşulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir