Bu gün axşam saatlarında Təl-Əviv küçələrindən birində yerləşən kafenin yaxınlığında atışma baş verib.
İnsident zamanı 3 nəfərin yaralandığı bildirilir.
Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu qeyd edilir.
İlkin məlumata görə, asayiş pozucuları iki nəfər olub. Onlardan biri zərərsizləşdirilib, ikincisi yəqin ki, hadisə yerindən qaçıb. Polis əməliyyat-axtarış tədbirlərinə başlayıb.
