Tramp: ABŞ Karib hövzəsində katerə zərbədən sonra törədilən qətllə bağlı məlumatları açıqlayacaq

Baş səhifə
Tramp: ABŞ Karib hövzəsində katerə zərbədən sonra törədilən qətllə bağlı məlumatları açıqlayacaq

ABŞ sentyabr ayında Karib hövzəsində katerə zərbədən sağ çıxan insanların amerikalı hərbçilər tərəfindən qəsdən öldürülməsi ilə bağlı mediada yayılmış məlumatlar barədə bütün mövcud materialları dərc edəcək.

“Report”un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Onun (ABŞ hakimiyyətinin – red.) nələrin malik olduğunu bilmirəm, amma biz nə varsa, hamısını açıqlayacağıq, bunda heç bir problem yoxdur”, – deyə o vurğulayıb.

Tramp bunu jurnalistin ABŞ administrasiyasının həmin qayığa endirilmiş təkrar zərbənin qeydə alındığı videomaterialı dərc etməyə hazır olub-olmadığı barədə sualına cavab olaraq deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir